Əsas Səhifə > Dünya > Rusiya Balkanları Qərblə bölüşdürməyə hazırlaşır

Rusiya Balkanları Qərblə bölüşdürməyə hazırlaşır


10-02-2017, 08:00
Rusiya Balkanları Qərblə bölüşdürməyə hazırlaşır
Rusiya ABŞ və Avropa Birliyi ilə Balkanlarda yarana biləcək mövcud risklərin azaldılması ilə bağlı işləməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu “İnterfaks” agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Boçan Xarçenko söyləyib.

“Risklər həddən çox narahatlıq yaradır. Hazırda Balkan ölkələri arasında münasibətlərin normallaşdırılması üçün risklər çoxdur. Əgər bunların qarşısı alınmasa, o zaman onlar daha sərt formaya keçə bilərlər”, – o bildirib.

Qeyd edək ki, Rusiya Yuqoslaviyanın dağılmasından sonra Balkanlara öz təsirini itirib. Bölgədə Moskvanın təsir edəcəyi yeganə subyekt Serbiya və Bosniya Hersoqovinanın tərkibindəki Serb Respublikası, Xorvatiya və Monteneqrodakı serb icmalarıdır. Moskva bütün vasitələrlə Balkanlardakı ölkələrin NATO-ya inteqrasiyasının qarşısını almağa çalışır.

Geri qayıt