Əsas Səhifə > Dünya, Güney Press > Yunanıstan Türkiyə ilə müharibəyə hazırlaşır?

Yunanıstan Türkiyə ilə müharibəyə hazırlaşır?


6-02-2017, 10:35
Yunanıstan Türkiyə ilə müharibəyə hazırlaşır?
FaktXəbər-in verdiyi məlumata görə, Yunanıstan hökuməti ordunun tam döyüş vəziyyətinə gətirilməsi barədə göstəriş verib. Bu barədə "The Times" qəzeti ölkənin müdafiə idarəsində öz mənbələrinə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, Yunanıstan hökuməti Türkiyənin mümkün müdaxiləsi və ya təxribatına cavab məqsədilə ordunu hazır vəziyyətə gətirib.

Qeyd edək ki, ötən gün Türkiyəyə məxsus altı təyyarə Yunanıstanın hava məkanını ən azı 138 dəfə pozub. Bunu Yunanıstanın milli müdafiə naziri Panos Kammenos deyib. İmia və Kalolimnos adalarında isə hava məkanı 8 dəfə pozulub.

Hava məkanının pozulması faktları Türkiyə və Yunanıstan arasında 1996-cı ildə ada mülkiyyəti üzərində yaranmış münaqişə nəticəsində ölənlərin ildönümü münasibəti ilə İmia adasında suya gül çələngini atmasından sonra başlayıb.

Geri qayıt