Əsas Səhifə > Dünya > Tramp hərbi çevrilişlə devrilə bilər

Tramp hərbi çevrilişlə devrilə bilər


3-02-2017, 09:06
Tramp hərbi çevrilişlə devrilə bilər
FaktXəbər-in verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp hərbi çevrilişlə vəzifəsindən kənarlaşdırıla bilər. Bu barədə Amerikanın "Foreign Policy" jurnalı məqalə dərc edib. Məqalənin müəllifi olan Corctaun Universitetinin hüquq professoru Roza Bruks bildirib ki, Donald Trampdan xilas olmağın sadəcə 4 yolu var.

Roza Bruksun Donald Trampın vəzifədən kənarlaşdırılması ilə bağlı təklif etdiyi variantlar belədir: "Əlbəttə ilk olaraq hər kəs 2020-ci il prezident seçkilərini gözləyə bilər. Yəqin bu müddət ərzində ABŞ seçicilərinin ağlı başına gələcək və onu vəzifədən atmağa hazır olacaqlar. Ancaq belə bir dəhşətli fəlakəti dörd il gözləmək uzun görünür. Bu isə bizi ikinci varianta əl atmağa sövq edir. "Vəzifədən kənarlaşdırmaq" variantına. Amerika Konstitusiyasında Nümayəndələr Palatasının əksəriyyəti Trampı vətən xainliyi, rüşvət və digər qanun pozuntularında, eləcə də əqli çatışmazlıqda ittiham edə bilər. Əgər Tramp Senatda iki səsvermə ilə məhkum edilərsə, vəzifəsini itirəcək. Onsuz da amerikalıların üçdə birindən çoxu Trampın həbsə atılmasının səbrsiziklə gözləyir. Digər ehtimal Amerika Birləşmiş Ştatlarında ağıla gəlməyən variant olan hərbi çevrilişdir. Əgər bu üsula əl atılsa, gərək ordunun yüksəkçinli rəsmiləri Trampın əmrlərini yerinə yetirməsin".

Geri qayıt