Əsas Səhifə > Dünya, Güney Press > BMT Ukraynanın şərqində atəşin dayandrılmasını tələb edir

BMT Ukraynanın şərqində atəşin dayandrılmasını tələb edir


1-02-2017, 09:46
BMT Ukraynanın şərqində atəşin dayandrılmasını tələb edir
BMT Təhlükəsizlik Şurası (TŞ) Ukraynanın şərqində “vəziyyətin təhlükəli eskalasiyasından” narahatlığını ifadə edib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Şura münaqişə tərəflərini dərhal atəşi dayandırmağa çağırıb. Yanvarın 31-i axşam saatlarında qəbul edilən bəyanatla TŞ üzvləri həmçinin, Minsk razılaşması ilə qadağan olunmuş silahlardan istifadəni də pisləyiblər.

Bəyanatda “Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə tam dəstək” ifadə olunub, Minsk sazişinin və münaqişənin sülh yolu ilə həlli barədə 2202 saylı qətnamənin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Son 2 gündə Ukraynanın şərqində silahlı toqquşmalar artıb. Ukrayna prezidenti Petro Poroşenko vəziyyətin pisləşməsilə əlaqədar əvvəlcədən planlaşdırılan AFR səfərini təxirə saldığını bəyan edib.

Geri qayıt