Əsas Səhifə > Dünya > Tramp Putinlə söhbət etmək niyyətindədir

Tramp Putinlə söhbət etmək niyyətindədir


27-01-2017, 08:22
Tramp Putinlə söhbət etmək niyyətindədir
ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə söhbət etmək niyyətindədir.

Trend-in "Fox News"a istinadən verdiyi məlumata görə, bu barədə Tramp telekanala müsahibəsində deyib.

D.Trampın sözlərinə görə, Vladimir Putin ona seçkilərdə qalib gəldikdən sonra zəng edib: "Bizdə hələ müzakirələr olmayıb, amma men bildiyimə görə tezliklə olacaq".

Qeyd edək ki, ilk danışıqlarda dövlət başçıları dövlətlərarası münasibətlər qurmaq barədə razılığa gəliblər.

Geri qayıt