Əsas Səhifə > Dünya > Çinin idxal olunan neftdən asılılığı 65%-dək artıb
Çinin idxal olunan neftdən asılılığı 65%-dək artıb16-01-2017, 09:40 |
2016-ci ildə Çinin istehlak strukturunda idxal olunan neftdən asılılığı 65% təşkil edib. Faktxəbər-in məlumatına görə, bu barədə "TASS" agentliyi yazıb. Məlumatda bildirilir ki, keçən il Çində neft istehlakı 3% artaraq 556 milyon ton təşkil edib. Həmçinin məlumatda qeyd eidlir ki, onun 200 milyonunu Çin özü istehsal edib. Qeyd edək ki, Çin Milli İqtisadi Texnologiyalar Tədqiqatı İnstitutunun direktoru Tszyan Suefen gələn illərdə ölkənin idxal olunan neftdən asılılığının bir qədər də artacağını deyib. Geri qayıt |