Əsas Səhifə > Dünya, Güney Press > Facebook saxta xəbərlərlə mübarizəyə başlayıb
Facebook saxta xəbərlərlə mübarizəyə başlayıb16-01-2017, 08:53 |
Facebook Almaniyada saxta xəbərlərin yayılmasına qarşı mübarizəyə başladığını elan edib. ABŞ-ın sosial media şirkətinin Almaniyadakı ofisindən verilən məlumata görə, saxta bilgilərin yayılmasını önləməkdən ötrü keçən aydan işə başlayıblar, yaxın həftələrdə bu məsələylə bağlı yeni ölçülər götürüləcək. ABŞ-ın kəşfiyyat orqanları saxta xəbərlərin ölkədəki seçki prosesinə təsirini ortaya çıxarandan bəri Facebook ciddi qınaqla üzləşib. Ona görə də şirkət Almaniyada seçkiqabağı xüsusi tədbirlər görməyə, müdaxiləçilərin saxta xəbərlər yaymaqla seçkiyə təsir etməsini önləməyə çalışır. Saxta olduğu güman edilən xəbərləri Facebook nişanlayacaq, amma pozmayacaq. Bu payız Almaniyada parlament seçkiləri olmalıdır. Rəsmilər millətçilərin, həm də xarici hakerlərin saxta xəbərlərdən yararlanaraq, prosesə təsir göstərməyə çalışacaqlarından narahatdırlar. Geri qayıt |