Əsas Səhifə > Dünya > ABŞ Rusiya və 'WikiLeaks' arasındakı vasitəçilərin tapıldığını bildirir

ABŞ Rusiya və 'WikiLeaks' arasındakı vasitəçilərin tapıldığını bildirir


6-01-2017, 08:49
ABŞ Rusiya və 'WikiLeaks' arasındakı vasitəçilərin tapıldığını bildirir
Haker hücumu nəticəsində əldə edilmiş məktubları «WikiLeaks»ə ötürən rusların kimliyi bəllidir.

ABŞ mətbuatının yazdığına görə, ölkənin kəşfiyyat agentlikləri həmin şəxslər haqda bilgiləri yanvarın 5-də prezident Barack Obama-ya ötürüblər. Yanvarın 6-da isə yeni seçilmiş prezidentin—Donald Trump-ın məlumatlandırılması planlanır.

Kəşfiyyat xidmətinin məlumatına görə, rusların demokratların poçt xidmətinə hücumları nəticəsində sızan məlumatlar seçki prosesinə təsir etmiş, D.Trump-ın qələbəsinə imkan vermişdir.

«WikiLeaks»in təsisçisi Julian Assange məktubları Rusiyadan almadığını bəyan etmişdi. D.Trump da buna görə Rusiyayla bağlı ittihamlara şübhə ilə yanaşdığını deyirdi.

«Reuters» agentliyinin yazdığına görə, ruslar oğurlanmış məktubları «WikiLeaks»ə birbaşa deyil, dolayı yolla çatdırıblar. Bununla da onların məhz Rusiyadan gəldiyini ört-basdır etməyə çalışıblar.

Geri qayıt