Əsas Səhifə > Dünya > Türkiyə İranı Suriyada atəşkəsə yardım etməyə çağırıb

Türkiyə İranı Suriyada atəşkəsə yardım etməyə çağırıb


5-01-2017, 08:48
Türkiyə İranı Suriyada atəşkəsə yardım etməyə çağırıb
Türkiyə İranı Suriya hökuməti və ölkədəki şiə yaraqlılarına təzyiq göstərməyə, atəşkəsin pozulmasını önləməyə çağırıb.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib ki, İran şiə yaraqlıları və rejim üzərindəki nüfuzundan istifadə etməli, atəşkəsin pozulmasına imkan verməməlidir.

Rusiya kimi İran da Suriya prezidenti Bashar əl-Assad-ın müttəfiqidir. Türkiyə isə Suriyadakı sünni yaraqlıların arxasında dayanır.

Keçən həftə Rusiya ilə Türkiyə Suriyada atəşkəs haqda razılaşmanın imzalanmasına nail olublar. Yanvarın sonunda isə Qazaxıstan paytaxtı Astanada sülh danışıqları olmalıdır.

M.Çavuşoğlu deyib ki, atəşkəsin pozulması sülh danışıqlarını təhlükə altında qoyur.

Geri qayıt