Əsas Səhifə > Dünya > Türkiyə parlamentinin komissiyası konstitusiyaya dəyişikliklər layihəsini təsdiqləyib
Türkiyə parlamentinin komissiyası konstitusiyaya dəyişikliklər layihəsini təsdiqləyib30-12-2016, 09:17 |
Türkiyə Böyük Millət Məclisininin (TBMM) Konstitusiya komissiyası konstitusiyaya dəyişiklliklər layihəsini qəbul edib. “Report” "Anadolu" agentlyinə istinadən xəbər verir ki, müzakirələr 9 gün sürüb. Sonuncu gün isə komissya üzvləri layihə üzrəində 17 saat işləyiblər. Layihəyə əsasən, konstitusiyanın 21 maddəsinin dəyişdirliməsi təklif edilir. Bunlar arasında TBMM-nin millət vəkillərinin sayının 550-dən 600 nəfərədək artırılması, seçkilərin 4 ildən deyil, 5 ildən bir keçirilməsi də var. Dəyişikliklərə əsasən, səlahiyyət müddəti bitən deputatlar yenidən seçilə biləcək. Prezident və parlament seçkiləri eyni gündə keçiriləcək. Qeyd edək ki, layihəni hakim Ədalət və İnkişaf Partiyası hazırlayıb. Partiyanın 316 millət vəkili dəyişikliklər layihəsini imzalayıb. Layihənin müzakirəsi dekabrın 20-də başlamışdı. Geri qayıt |