Əsas Səhifə > Dünya > Qazaxıstanda Putin-i tənqid edənə 3 il verilib

Qazaxıstanda Putin-i tənqid edənə 3 il verilib


29-12-2016, 09:33
Qazaxıstanda Putin-i tənqid edənə 3 il verilib
Qazaxıstanda internetdə V.Putin-ə qarşı status yazmış şəxsə 3 illik cəza verilib.

İşadamı Sanat Dosov Facebook-da yazdığı statuslarına görə mühakimə olunub. 2014-cü ildən bu yana yazdığı şərhlərdə o, V.Putin-in Rusiyanı dağıtdığını deyib, onun sosial siyasətini tənqid edib, Ukraynanın şərqində münaqişələrə görə Rusiyanı pisləyib.

Prokurorlar bu cür şərhlərin qanunu pozduğunu, «sosial ixtilaf» yaratdığını deyiblər. Aktobe şəhər Məhkəməsinin qərarına əsasən, S.Dosov 3 illiyinə islahedici əmək koloniyasına göndərilib.

46 yaşlı S.Dosov Qazaxıstanda «İhtiyar» adlı vətəndaş qrupunun sədridir. O, tənqidi şərhləri yazdığını etiraf edib. 6 uşağı olduğundan həbsə göndərilmək istəmədiyini söyləyib.

Geri qayıt