Əsas Səhifə > Dünya > Ərdoğanın “ABŞ İŞİD-i dəstəkləyir” iddiasını CHP-li deputat dəstəklədi

Ərdoğanın “ABŞ İŞİD-i dəstəkləyir” iddiasını CHP-li deputat dəstəklədi


29-12-2016, 09:08
Ərdoğanın “ABŞ İŞİD-i dəstəkləyir” iddiasını CHP-li deputat dəstəklədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin “İslam dövləti” ( İŞİD) daxil olmaqla YPG-PYD terror təşkilatlarına dəstək verdiyini deyib.

“Onlar bizi İŞİD-ə dəstək verməkdə ittiham edirlər. Amma hazırda onlar İŞİD, PYD, YPG-də daxil olmaqla digər terror qruplaşmalarına dəstək verirlər. Bu gün kimi aydındır. Bizim əlimizdə şəkillər, fotolar və videolarla təsdiq olunacaq dəlillər var"-deyə Ərdoğan qeyd edib.

Məsələ ilə bağlı Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü, millət vəkili Atilla Sertel Modern.az-a açıqlama verib.

O bildirib ki, koalisiya gücləri Suriyada türk əsgərini yalnız qoyub.

Buna görə də, onlara sərt reaksiya verməsi və tənqid olunması vacib məsələdir.

“Bizim terrora qarşı öz torpaqlarımız və sərhədlərimizdə tədbir almağımız vacibdir. O coğrafiya içərisində türk əsgərləri terrorist dəstələrə qarşı tək qoyulub. Türkiyə iqtidarının həyata keçirdiyi yanlış xarici siyasətin də bu qədər çox şəhid verməmizdə rolu var”-deyə o bildirib.
Atilla Sertelin sözlərinə görə, başqa ölkələrin daxili işlərinə qarışmaq terroru Türkiyəyə də gətirib.
“Bu dönəmdə sərhədlər olduqca sərbəst qaldı və hər istəyən sərhədlərimizdən içəri girdi. Terrora qarşı birləşməliyik, ancaq bununla bağlı Türkiyə Böyük Millət Məclisində müzakirə edib qərar almalıyıq. Bu mövzuda verdiyim bütün təkliflər iqtidar tərəfindən rədd edilib”.

Geri qayıt