Əsas Səhifə > Dünya > Rusiyanın Suriyadakı səfirliyinə hücum olub

Rusiyanın Suriyadakı səfirliyinə hücum olub


29-12-2016, 09:02
Rusiyanın Suriyadakı səfirliyinə hücum olub
FaktXəbər-in məlumatına görə, Rusiyanın Dəməşqdə yerləşən səfirliyinə dünən gün ərzində iki dəfə minamyotdan hücum edildiyi bildirilir.

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada səfirliyin Moskva saatıyla 13.00 və 13.19-da ayrı-ayrı təcavüzə məruz qaldığı, bir minamyot mərmisinin səfirliyin bağına, digərinin isə səfirlik binasının kənarına düşdüyü qeyd olunub. Açıqlamada bağçaya düşən mərminin partlamadığı qeyd edilib.

Hücumun "Suriyada sülh istəməyən terrorçuların təxribatı" kimi dəyərləndirildiyi bəyanatda, Dəməşq yaxınlığında Rusiya səfirliyi və işçilərinin həyatına təhlükə törədən terror qrupları saxlandığı bildirilib.

Geri qayıt