Əsas Səhifə > Dünya > "Klinton Obamaya görə məğlub olub"

"Klinton Obamaya görə məğlub olub"


28-12-2016, 09:40
"Klinton Obamaya görə məğlub olub"
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb ki, Hillari Klinton ümumi seçkilərdə məhz ölkənin hazırki prezidenti Barak Obamaya görə məğlub olub.

Faktxəbər-in məlumatına görə, bu barədə "TASS" agentliyi yazıb.

Onun sözlərinə görə, Obama seçkiqabağı kampaniyaya şəxsi proqramla Klintonun tərəfdarı kimi qatıldığı üçün o, seçkilərdə məğlub olub.

Həmçinin Tramp onu da qeyd edib ki, seçicilər ABŞ-ı yenidən əzəmətli görmək istədikləri üçün mənə səs veriblər.

Qeyd edək ki, Trampın inauqurasiyası yanvarın 20-si ABŞ-ın paytaxtı Vaşınqton şəhərində keçiriləcək.

Geri qayıt