Əsas Səhifə > Dünya > Rusiyada matəmdir

Rusiyada matəmdir


26-12-2016, 08:19
Rusiyada matəmdir
Rusiyada matəmdir. Bayraqlar endirilib, paytaxt sakinləri Moskva konsert zalının qarşısına gül dəstələri, şamlar düzür.

Dünən –dekabrın 25-də Rusiya Müdafiə Nazirliyinin təyyarəsi-TU-154 Qara dənizdə qəzaya uğrayıb. Təyyarədiklərin hamısı—Müdafiə Nazirliyinin «Aleksandrov» hərbi ansamblın 68 üzvü, bir neçə telekanalın əməkdaşı, «Spravedlivaya Pomoş» xeyriyyə fondunun sədri, hüquq müdafiəçisi Elizaveta Glinka—ümumilikdə 92 nəfər həlak olub. Müdafiə Nazirliyi 11 nəfərin cəsədinin tapıldığını elan edib.

TU 154 33 ilin təyyarəsi imiş. Suriyaya, oradakı rus əsgərlərinə Yeni il konserti verməyə gedən musiqiçiləri aparırmış. Soçidə havaya qalxandan az sonra radarlardan itib. Təyyarənin qalıqlarını və cəsədləri dəniz kənarının 1-2 kilometrliyində, 50-70 metr dərinliklərdə tapıblar.

Axtarışlar davam edir.

Geri qayıt