Əsas Səhifə > Dünya > Putin, Tramp nüvə potensialını artırmağa çağırır

Putin, Tramp nüvə potensialını artırmağa çağırır


23-12-2016, 08:14
Putin, Tramp nüvə potensialını artırmağa çağırır
Rusiya prezidenti Vladimir Putin deyib ki, onun ölkəsi indi istənilən potensial düşməndən güclüdür, eyni zamanda hər hansı təhlükəni neytrallaşdırmağa hazır olmalıdır. Dünən—dekabrın 22-də Müdafiə Nazirliyində illik çıxışı zamanı V.Putin Rusiyanın həm də nüvə potensialını gücləndirməli olduğunu söyləyib.

Dünən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump da ölkəsinin nüvə qabiliyyətini artırmalı olduğunu bildirib. Sözçüsü Jason Miller-in sözlərinə görə, D.Trump bunun terrorçulara və yaramaz rejimlərə qarşı mübarizədə vacib olduğunu demək istəyib. Nüvə silahları üzrə ABŞ eksperti Steven Pifer isə Twitter hesabında yazıb ki, Birləşmiş Ştatların nüvə genişlənməsinə ehtiyacı yoxdur. Bundansa Vaşinqton Rusiyanın nüvə silahlarını azaltmasına çalışmalıdır.

Geri qayıt