Əsas Səhifə > Dünya > BMT Suriyada cinayətləri araşdıracaq qurum yaradır
BMT Suriyada cinayətləri araşdıracaq qurum yaradır22-12-2016, 08:43 |
BTM-nin Baş Assambleyası Suriyada törədilən cinayətləri araşdırmaqdan ötrü xüsusi qurum yaradır. Qurum BMT-nin Araşdırma Komissiyasıyla birgə fəaliyyət göstərəcək, Suriyada insan haqlarının pozulması, zorakılıq halları, müharibə cinayətləri barədə hesabatlarla məşğul olacaq. Rusiya, İran, Çin və Suriya təmsilçiləri assambleyanın qərarına etiraz ediblər. Suriyanın BMT-dəki səfiri Bashar Ja'afari sənədin qanunsuz olduğunu, münaqişənin həllinə təhlükə yaradacağını deyib. Rusiya isə assambleyanı BMT Təhlükəsizlik Şurasının işinə müdaxilədə günahlandırıb. Təhlükəsizlik Şurasında Rusiya adətən belə təşəbbüslərin qarşısını alır. Amma BMT Baş Assambleyası üzvlərinin çoxu layihəyə səs veriblər. Layihənin müəllifi Lixtenşteynin səfiri Christian Wenaweser deyib ki, onlar indiyə qədər kimisə məsuliyyətə cəlb edəcək çox tədbirləri təxirə salıblar. Beynəlxalq insan haqları təşkilatı «Human Rights Watch» assambleyanın qərarını alqışlayıb. Geri qayıt |