Əsas Səhifə > Dünya > Türkiyə Rusiya səfirinin ölümündə Güləni günahlandırır

Türkiyə Rusiya səfirinin ölümündə Güləni günahlandırır


21-12-2016, 08:10
Türkiyə Rusiya səfirinin ölümündə Güləni günahlandırır
Türkiyə Rusiyanın səfirinin ölümünü Fethullah Gülen tərəfdarlarının təşkil etdiyini deyir. Hökumət bu haqda Vaşinqtona məlumat verib, ABŞ-a sığınmış ilahiyyatçının ekstradisiya olunmasını istəyib.

«Anadolu» agentliyinin yaydığı məlumata görə, dünən-dekabrın 20-də Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ABŞ-ın dövlət katibi John Kerry ilə telefonla danışıb, səfirin qətlinin arxasında F.Gülen-in təşkilatının dayandığını, Rusiyayla Türkiyənin buna əmin olduğunu söyləyib.

F.Gülen yayda Türkiyədə çevriliş cəhdində günahlandırıldığına görə Ankara onun təhvil verilməsini öncə də istəyib. Amma Vaşinqton F.Gülen-lə bağlı dəlillərin yetərincə olmadığını bildirir.

F.Gülen-ə qarşı son ittihamlar isə Dövlət Departamentinin qınağına səbəb olub. Departamentin sözçüsü John Kirby-nin dediyinə görə, qətldən danışan Türkiyə rəsmilərinin F.Gülen-ə görə ABŞ-ın da adını hallandırması onları narahat edir. «Cəfəng iddialar səslənir, bunlar tamamilə uydurmadır, həqiqətə uyğun heç nə yoxdur», - J.Kirby deyib. Onun sözlərinə görə, J.Kerry türk həmkarıyla telefon söhbətində bu fikirləri ona çatdırıb.

Geri qayıt