Əsas Səhifə > Dünya > Səfirin ölümündən sonra Rusiyada ikinci şok:
Səfirin ölümündən sonra Rusiyada ikinci şok:20-12-2016, 09:23 |
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürüldüyü gün Moskvada da RF XİN nümayəndəsi evində ölü tapılıb. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Hurriyyet İngiltərə mediasına istinadla xəbər yayıb. Agentliyin məlumatında bildirilir ki, öldürülən nümayəndə Rusiya XİN-ə bağlı qurumların birinə rəhbərlik edirmiş. Hadisə yerinə yollana polis mətbəxdə 2 qəlpə və bir tapança tapıb. Hadisə vaxtı ölən nümayəndənin həyat yoldaşının da həmin mənzildə olduğu bildirilir. Haqqında rəsmi açıqlama verilməyən hadisənin cinayət, ya da intihar ola biləcəyi iddia edilir. Geri qayıt |