Əsas Səhifə > Dünya > FETÖ liderinin qətildən bir gün dediyi şifrəli mesaj:

FETÖ liderinin qətildən bir gün dediyi şifrəli mesaj:


20-12-2016, 08:19
FETÖ liderinin qətildən bir gün dediyi şifrəli mesaj:
Türkiyədə Rusiya səfirinə qarşı sui-qəsdin FETÖ ilə əlaqəsi olması haqda iddialar səslənməkdədir.
Avropa.info Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, Pensilvaniya gizlənən FETÖ lideri Fətullah Gülənin terror aktından bir gün öncə şifrəli mesaj verdiyi üzə çıxıb.
Belə ki, son video çıxışı zamanı Fətullah Gülən sözlərini “onların oynunu poz və işlərini bitir” sözləri ilə yekunlaşdırıb. Tərəfdarlarına hər zaman şifrəli mesajlar verdiyi bildirilən Gülənin bu çıxışından bir gün sonra Rusiya səfirinin vurularaq öldürülməsi və üstəlik səfirə atəş açan şəxsin Gülən məktəblərinin məzunu olan şəxsin çıxması olayda FETÖ şübhəsini daha da gücləndirib.
Qeyd edək ki, keçmişdə Gülənə bağlı olan “Zaman”qəzetinin eks yazarı Abdullah Bozqurt iki gün öncə qələmə aldığı bir məqaləsində Türkiyədə səfirlərin güvəndə olmadığını bildirib.

Geri qayıt