Əsas Səhifə > Dünya > Sui-qəsd gecəsi Putin üçün müdhiş təsadüf
Sui-qəsd gecəsi Putin üçün müdhiş təsadüf20-12-2016, 08:03 |
Ankarada Rusiya səfiri qətlə yetirilən zaman Vladimir Putin Moskvada teatra gedib. “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Putin 19-cu əsrdə Rusiyanın İranda səfiri olmuş Aleksandr Qriboyedovun əsərini izləməyə gedib. 1829-cu ildə diplomatik böhran zamanı bir qrup iranlı Rusiya səfirliyinə hücum edib və səfir Aleksandr Qriboyedovu öldürüb. Rusiya mənbələrinin məlumatına görə, sui-qəsdin arxasında İngiltərə kəşfiyyatı olub. Bu qəribə təsadüf “Financial Times”ın Moskva müxbiri Max Seddonun diqqətin çəkib. Seddonun tviti yüzlərlə insan tərəfindən paylaşılıb. Bəzi istifadəçilər isə “Ankaradakı sui-qəsd Rusiya və ya İrana mesajdırmı?” deyə şərh bildiriblər. Qeyd edək ki, dekabrın 20-də Moskvada Rusiya, Türkiyə və İran XİN rəhbərləri arasında görüş olacaq. Üçlü toplantı Suriyadakı böhranın həll edilməsində vacib görüş sayılır. Geri qayıt |