Əsas Səhifə > Dünya > Avstriya Türkiyəyə yeni əngəl yaradıb

Avstriya Türkiyəyə yeni əngəl yaradıb


14-12-2016, 08:39
Avstriya Türkiyəyə yeni əngəl yaradıb
Avstriya Türkiyənin AB-yə üzvlüyüylə bağlı danışıqların tamamilə dondurulmasını istəyib.

Dünən—dekabrın 13-də AB ölkələri qurumun genişlənməsi, Türkiyə və digər namizəd ölkələrin üzvlüyü ilə bağlı tövsiyə sənədinin hazırlanması üçün bir araya gəliblər. Yalnız Avstriyanın Türkiyə haqda tələbi sənədin razılaşdırılmasına imkan verməyib.

Avstriya rəsmiləri Türkiyədə inqilab cəhdindən sonra baş verənləri, hökumətin vətəndaş cəmiyyətinə basqılarını artırdığını xatırladaraq, danışıqların dayandırılmasının daha doğru olduğunu deyiblər.

Noyabrda Avropa Parlamenti Türkiyəylə danışıqların müvəqqəti dondurulması haqda qərar qəbul etmişdi.

Diplomatların AzadlıqRadiosuna dediyinə görə, mübahisələr Türkiyənin AB-yə üzvlüyü məsələsini bir az da uzadacaq. Diplomatların fikrincə, Serbiya, Monteneqro kimi ölkələrlə bağlı xüsusi nəticəyə gəlməsələr də, narazılıqlar AB-nin genişlənmə arzusunun böyük olmadığını göstərir.

Geri qayıt