Əsas Səhifə > Dünya > İŞİD Palmiranı yenidən ələ keçirib

İŞİD Palmiranı yenidən ələ keçirib


12-12-2016, 09:21
İŞİD Palmiranı yenidən ələ keçirib
Suriya fəalları «İslam Dövləti» (İŞİD) yaraqlılarının tarixi Palmira şəhərini yenidən ələ keçirdiyini deyirlər.

Britaniyadakı Suriyanı Müşahidə Şurası dekabrın 11-də Rusiyanın hərbi hava qüvvələrinin İŞİD-i geri çəkilməyə məcbur etdiyini xəbər verirdi. Amma az sonra təşkilat yaraqlıların yenidən şəhərə daxil olduğunu, hökumət qüvvələrinin geri çəkildiyini bildirdi.

Rusiyanın Suriyadakı monitorinq missiyası isə 4 minə yaxın İŞİD yaraqlısının Palmiraya hücuma keçdiyini deyir.

İŞİD Palmiranı keçən ilin mayından nəzarətdə saxlayırdı. Bu ilin martında Suriyanın hökumət qüvvələri şəhəri azad etmişdilər.

Palmira Roma dövründən qalma qədim şəhərdir. İŞİD şəhərdəki abidələri «bütpərəstlik rəmzi» adıyla uçurub töküb

Geri qayıt