Əsas Səhifə > Dünya > Tramp CİA-nı biabır etdi

Tramp CİA-nı biabır etdi


12-12-2016, 08:19
Tramp CİA-nı biabır etdi
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rus hakerlərin 8 noyabr prezident seçkilərinə müdaxilə etməsi ilə bağlı yaydığı hesabata Donald Tramp sərt reaksiya verib.

Axar.az xəbər verir ki, ABŞ-ın 45-ci prezidenti CİA-nın bu qərarla özünü biabır etdiyini bildirib.

“Bu şəxslər o zaman Səddam Hüseynin kütləvi qırğın silahlarına malik olduğunu deyirdilər. Seçkilər bir müddət əvvəl uğurlu şəkildə tamamlanıb”, - Tramp qeyd edib.

Qeyd edək ki, CİA rus hakerlərin seçkilərə müdaxilə etdiyi təsdiqləyib.

Bir müddət əvvəl isə ABŞ-ın media orqanları rus hakerlərin seçkilərə müdaxilə edərək nəticələri Trampın xeyrinə dəyişdiyi barədə məlumatlar yaymışdı.

Geri qayıt