Əsas Səhifə > Dünya > Türkiyədə xarici xəbər agentliklərinin əməkdaşları saxlanılıb

Türkiyədə xarici xəbər agentliklərinin əməkdaşları saxlanılıb


28-11-2016, 09:43
Türkiyədə xarici xəbər agentliklərinin əməkdaşları saxlanılıb
Türkiyənin Siirt vilayətinin Şirvan şəhərində baş vermiş mədən qəzasında araşdırma aparan və ölən işçilərin yaxınları ilə görüşmək istəyən "BBC News"-un türk xidmətinin jurnalisti Xədicə Kamer saxlanılıb.

SalamNews-un “Sputnik”-ə istinadən verdiyi xəbərə görə, Cənub-Şərqi Jurnalistlər Cəmiyyətinin (GGC) idarə heyətinin üzvü ola X.Kamerin saxlanılma səbəbi ilə bağlı açıqlama verilməyib.

Polis idarəsinə aparılan Kamer bir neçə saatdan sonra sərbəst buraxılıb.

Dünən, həmçinin Diyarbəkir vilayətində “Amerikanın səsi” (Voice Of America) radiosunun müxbiri Hacıcan Fərqin də saxlanılıb.

Jurnalistinin saxlanılması üçün hər hansı səbəb göstərilməyib. Kürd dili bölməsi üçün xəbər hazırlayan jurnalist daha sonra sərbəst buraxılıb.

Geri qayıt