Əsas Səhifə > Dünya > Hökumət qüvvələri Hələbin şərqini tutub

Hökumət qüvvələri Hələbin şərqini tutub


28-11-2016, 08:15
Hökumət qüvvələri Hələbin şərqini tutub
Suriyanın hökumət qüvvələri Hələb şəhərinin şərqinə daxil olub, sürətlə irəliləyir. Minlərlə hələbli şəhərdən qaçmağa məcbur olub.

Britaniyada yerləşən insan haqları təşkilatı—«Suriyanı müşahidə şurası»nın əldə etdiyi məlumata görə, prezident Bashar al-Assad-in qüvvələri noyabrın 27-də şəhərin daha iki rayonunu ələ keçiriblər. Noyabrın 26-da Hələbin böyük rayonlarından biri Masaken Hanano da qiyamçılardan alınıb.

Hökumət qüvvələriylə qiyamçılar arasında döyüşlər davam edir. Müşahidəçilərin dediyinə görə, ordu Hələbin şərq rayonlarından Saxuru ələ keçirməyə çalışır. Saxur tutulsa, hökumət qüvvələri qiyamçıların tutduqları mövqeləri parçalaya bilərlər.

Şərqi Hələb 2012-ci ildən qiyamçıların əlindədir. Noyabrın 15-də Suriya ordusu bu əraziyə yenidən hücuma keçib, Rusiya hərbi hava qüvvələrinin də köməyi əməliyyatları genişləndirib.

Geri qayıt