Əsas Səhifə > Dünya > Neft hasilatını azaltmaq barədə razılıq olacaq

Neft hasilatını azaltmaq barədə razılıq olacaq


21-11-2016, 08:58
Neft hasilatını azaltmaq barədə razılıq olacaq
Neft istehsalçılarının hasilatı azaltmaq barədə razılığa gəlməsi ehtimalı böyükdür. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.

İri neft ölkələrinin birləşdiyi OPEC və bu təşkilata üzv olmayan digər istehsalçılar noyabrın 30-da Vyanada görüşüb, konkret razılaşma imzalamalıdırlar. Hasilatı azaltmaqda məqsəd neftin qiymətini mümkün qədər artırmaqdır.

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində çıxış edərkən V.Putin deyib ki, Moskva hasilatı dondurmağa etiraz etmir və OPEC-dəki partnyorlarının bütün gözləntilərini doğrultmağa hazırdır.

Sentyabrda OPEC ölkələri hasilatı minimum endirmək barədə razılıq əldə ediblər.

Neftin dəyəri 2014-cü ildən bəri 60% azalıb.

Geri qayıt