Əsas Səhifə > Dünya > Yeni Zelandiyanın baş naziri Trampın telefon zənginə cavab verməyib
Yeni Zelandiyanın baş naziri Trampın telefon zənginə cavab verməyib15-11-2016, 08:18 |
Yeni Zelandiyanın baş naziri Con Key ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın telefon zənginə cavab verməyib. "Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda noyabrın 15-də yerli "NZ Herald" qəzeti məlumat yayıb. "Mən zəng edildiyini görməmişəm", - deyə baş nazir bildirib. İnformasiyaya əsasən, Trampın baş nazirə növbəti telefon zəngini noyabrın 16-da edəcəyi gözlənilir. Qeyd edək ki, noyabrın 13-də Yeni Zeılandiyada 7,9 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 2 nəfər ölüb, 1,5 milyard dollar məbləğində iqtisadi ziyan dəyib. Geri qayıt |