Əsas Səhifə > Dünya > Moldovanın yeni prezidenti seçilib
Moldovanın yeni prezidenti seçilib14-11-2016, 08:02 |
Moldovada ikinci tur prezident seçkilərinin qalibi müəyyənləşib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Moldovanın yeni prezidenti Sosialist partiyasının lideri İqor Dodon olacaq. Artıq bülletenlərin 98 faizi hesablanıb. Moldova MSK-nın məlumatına əsasən, İqor Dodon 54,4% səs toplayıb. Onun rəqibi - Həmrəylik Partiyasının lideri Maya Sandu 45, 5 % səs toplaya bilib. Beləliklə, qalan 2 faiz bülletenlərin hesablanması ümumi nəticəyə təsir göstərə bilməyəcək. Qeyd edək ki, İ. Dodon Rusiya ilə strateji əməkdaşlığın bərpa edilməsi, Moldova məhsullarının Rusiya bazarına qayıtmasının və bu ölkə ilə enerji sahəsində əməkdaşlığın normallaşdırılmasının tərəfdarıdır. M. Sandu isə Rumıniya və Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyin, ABŞ-la strateji əməkdaşlığın yaradılmasını zəruri sayır. Moldovanın yeni prezidentinin 41 yaşı var. Evlidir, üç övlad atasıdır. *** 00:24 Moldovada ikinci tur prezident seçkilərinin nəticələri açıqlanır. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin nəticələrə əsasən, Sosialist partiyasının lideri İqor Dodon öndədir. Hazırda bülletenlərin 69 faizi hesablanıb. İqor Dodon 57,8% səs toplayıb. Onun rəqibi - Həmrəylik Partiyasının lideri Maya Sandu 42, 1 % səs toplaya bilib. Geri qayıt |