Əsas Səhifə > Dünya > `Əsədlə deyil, İŞİD-lə mübarizə aparacağıq`

`Əsədlə deyil, İŞİD-lə mübarizə aparacağıq`


12-11-2016, 09:40
`Əsədlə deyil, İŞİD-lə mübarizə aparacağıq`
“ABŞ Suriyada Bəşər Əsədə qarşı yox, İŞİD-ə qarşı mübarizə aparacaq”.

AzVision.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp “The Wall Street Journal” qəzetinə müsahibəsində bildirib.

“Bəzi insanlarla müqayisədə mənim Suriyadakı vəziyyətə bağlı mövqeyim fərqlidir. Suriya rəhbərliyi İŞİD-lə mübarizə aparır, biz də həmçinin. Hazırda Rusiyanın Suriya ilə sıx ittifaqı var. Bizim Suriyaya yaxın olan İranla münasibətlərimiz normallaşıb. Suriyada üsyançıları dəstəkləsək də, onlar barədə dürüst anlayışımız yoxdur. Əsədin hədəfdə olması Rusiya ilə qarşıdurmaya gətirib çıxara bilər”, - deyə Tramp qeyd edib.

Geri qayıt