Əsas Səhifə > Dünya > “FTB prezident seçkilərinə təsir etməyə cəhd göstərmir”

“FTB prezident seçkilərinə təsir etməyə cəhd göstərmir”


5-11-2016, 10:03
“FTB prezident seçkilərinə təsir etməyə cəhd göstərmir”
Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komi ABŞ-da keçiriləcək prezident seçkilərinə təsir etməyə cəhd göstərmir. TASS xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama bəyan edub.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları siyasi proseslərə cəlb edilməməlidir, onlardan siyasi alət kimi istifadə edilməməlidir. Bu, tarixən həm demokrat, həm də respublikaçıların məqsədi olub. Əminəm ki, Ceyms Komi vəzifəsini layiqincə yerinə yetirir və prezident seçkilərinə təsir etməyə cəhd göstərmir”, - deyə B.Obama bildirib.

Qeyd edək ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu sabiq dövlət katibi və Demokratlar Partiyasından prezident postuna namizədi Hillari Klintonbarəsində bir müddət əvvəl yekunlaşan “elektron poçt” işi üzrə istintaqı yenidən bərpa edib. İddiaya əsasən, Hillari Klinton 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar apararaq, məxfi xarakterli dövlət məlumatlarının gizlədilməsinə və yayılmasına şərait yaradıb.

virtualaz.org
Geri qayıt