Əsas Səhifə > Dünya > Moldovada Rusiya yanlıları qalib gəldi

Moldovada Rusiya yanlıları qalib gəldi


31-10-2016, 06:54
Moldovada Rusiya yanlıları qalib gəldi
Moldovada keçirilmiş prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ilk turda Sosialist partiyasının lideri İqor Dodon 48,71%, onun əsas rəqibi – Həmrəylik Partiyasının lideri Maya Sandu isə 37, 91% səs toplayıb.

Ölkə qanunvericiliyinə əsasən, birinci turda qalib gəlmək üçün ən azı 50% səs toplamaq lazımdır.

Səsvermənin yekun nəticələri oktyabrın 31-də açıqlanacaq.

Qeyd edək ki, İ. Dodon Rusiya ilə strateji əməkdaşlığın bərpa edilməsi, Moldova məhsullarının Rusiya bazarına qayıtmasının və bu ölkə ilə enerji sahəsində əməkdaşlığın normallaşdırılmasının tərəfdarıdır. M. Sandu isə Rumıniya və Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyin, ABŞ-la strateji əməkdaşlığın yaradılmasını zəruri sayır.

Geri qayıt