Əsas Səhifə > Dünya > ATƏT müşahidəçiləri ABŞ-da seçkinin təşkilini pislədilər:
ATƏT müşahidəçiləri ABŞ-da seçkinin təşkilini pislədilər:27-10-2016, 09:52 |
ATƏT müşahidəçiləri ABŞ-da noyabrın 8-də baş tutacaq seçkilərin təşkilindəki pozuntulara görə narahatlıq keçirirlər. AzVision.az xəbər verir ki, ATƏT-in Demokratiya və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Mixael Georq Linkin sözlərinə görə, altı milyona qədər amerikalı seçki prosesindən kənarda saxlanılıb. O, “Frankfurter Allgemeine Zeitung”-a bildirib ki, söhbət 2,6 milyon məhkumdan və hazırda istintaq altında olan 3,2 milyon şübhəli şəxsdən gedir. ABŞ-dakı seçkiləri müşahidə edən ATƏT nümayəndəsi Yurgen Klinke isə Almaniyanın “Bild” qəzetinə deyib ki, ABŞ-da seçki prosedurları ilə bağlı narahatlıqlar var. Onun sözlərinə görə, ABŞ hökuməti “Beynəlxalq normalara əməl etmək üçün çalışmalıdır”. Klinke bildirib ki, ABŞ-da bəzi saat qurşaqlarında yerləşən ştatlarda hələ səsvermə bitməmiş, digər qurşaqlarda yerləşən ştatlarda artıq nəticələr açıqlanacaq. Bu isə seçicilərin düşüncəsinə təsir etdiyi üçün yolverilməzdir. Geri qayıt |