Əsas Səhifə > Dünya > “ABŞ PKK-nın qolu YPG-nin nümayəndə heyətini İncirlikdə çevrilişçi türk generallarla görüşdürdü”
“ABŞ PKK-nın qolu YPG-nin nümayəndə heyətini İncirlikdə çevrilişçi türk generallarla görüşdürdü”27-10-2016, 08:21 |
ABŞ-ın “Vaşinqton Post” qəzetinin yazarı, jurnalist İqnatius sensasion iddia ilə çıxış edib. Avropa.info xəbər verir ki, ABŞ-lı jurnalist PKK-nın Suriya qolu YPG-dən olan bir heyətin Türkiyədəki dövlət çevrilişi cəhdindən öncə, İncirlik bazasında çevrilişçi türk zabitləri görüşdüyünü iddia edib. Jurnalist David İqnatius “Yaxın Şərq ABŞ-a niyə güvənməmənin lazım olduğunu bilir” başlıqlı məqaləsində ABŞ-ın Yaxın Şərqdəki strategiyasını tənqid edib ABŞ-ın Yaxın Şərqdə yerli qüvvələr ilə müttəfiqlik etdiyini, regional siyasət dəyişəndə isə həmin qüvvələri kənara atmaq kimi pis vərdişi olduğunu bildirən jurnalist, bu səbəbdən də Yaxın Şərqdə Birləşmiş Ştatların sevilmədiyini yazıb. ABŞ-lı jurnalist məqaləsində PKK-nın Suriya qolu YPG-dən olan bir heyətin İncirlikdə çevrilişçi generallarla görüşdüyünü də iddia edib. “ABŞ may ayında Münbiç əməliyyatından əvvəl, YPG-dən olan bir nümayəndə heyəti İncirlik hərbi hava bazasına gətirdi, ancaq türk və kürdlər arasındakı fikir ayrılıqlarını həll etmək səyi dövlət çevrilişi cəhdinin ardından işə yaramadı. YPG ilə görüşən generallar indi çevriliş təşəbbüsü səbəbindən həbsdədirlər” deyə jurnalist yazısında qeyd edib. Geri qayıt |