Əsas Səhifə > Dünya, Güney Press > Koalisya Mosulda dinc sakinləri bombalayır:

Koalisya Mosulda dinc sakinləri bombalayır:


26-10-2016, 09:50
Koalisya Mosulda dinc sakinləri bombalayır:
Beynəlxalq Koalisiya Qüvvələrinin Mosul şəhərini bombardman etməsi nəticəsində onlarla dinc sakin həlak olub. Qızlar məktəbi dağıdılıb. FaktXəbər-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, Vaşinqton artıq Moskvaya bu hadisənin araşdırılması üçün müraciət edib.

Qeyd edək ki, İraqın şimalında Mosulun İŞİD-dən azad edilməsi uğrunda əməliyyat oktyabrın 17-də başlayıb. Əməliyyatda iraqlı hərbçilər, «Haşd Şəəbi» könüllü dəstələr, kürdlərin peşmərgə qruplaşmaları, həmçinin ABŞ başda olmaqla Koalisiya Qüvvələri iştirak edir.

Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Serqey Rudskoy son üç gündə koalisiya qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində 60 dinc sakinin həlak olduğunu, 200-dən çox insanın isə yaralandığını bəyan edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 21-də Amerika təyyarələri Mosulun cənubunda qızlar üçün məktəbi bombardman edib. Səhəri gün pilotlar şəhərin şərqində Karakoş və Xazna yaşayış məntəqələrini bombardman ediblər.

Oktyabrın 23-də amerikalılar Karakxarab və Əş-Şuranı bombalayıb. Nəticədə bir neçə sosial məntəqə dağılıb.

Koalisiya qüvvələrin nümayəndəsi dinc sakinlərin arasında qurbanların ola ğiləcəyini etiraf edərək, bildirmişdi, Mosulun cənubu çox böyük rayondur. Onun sözlərinə görə, əməliyyat rəhbərliyi bu məlumatları ciddi qəbul edir.

«Lakin koalisiya qüvvələrinin bu ehtimal olan hadisələrə cəlb olunduğu barədə bizə daha konkret məlumat lazım idi. Əgjər Rusiya hökumətinin bu barədə daha çox informasiyası varsa, biz istintaq aparmaq üçün onları bölüşməyə çağırırıq», -deyə, koalisiya qüvvələrinin nümayəndəsi bildirib.

Serqey Rudskof həmçinin bəyan etmişdi ki, İŞİD terrorçuları İraqdan Suriyaya qaçırlar. Baş Qərargahın məlumatına görə, Deyr əz-Zora artıq 300-ə yaxın ekstremist gəlib. Rusiyalı hərbçilər həmçinin Mosul əməliyyatlarında «gözlə görüləsi uğurları görmədiklərini» bəyan ediblər.

Federasiya Şurası Müdafiə Komitəsi rəhbərinin birinci müaviniFrans Knseviç əmin olduğunu bildirib ki, Koalisi quvvələrinin Mosul əməliyyatlarında əsə hədəfi terrorçuları məhv etmək deyil, əksinə, prezident Bəşər Əsədin müxaliflərinin mövqeylərini gücləndirmək üçün onların Suriyaya keçirilməsidir.

«İraqdan gələn məlumatlar ABŞ barədə bir sıra suallar doğurur: onların rəhbərlik etdikləri koalisiyaların bomba zərbələri nəticəsində terrorçular deyil, dinc sakinlər həlak olur», deyə senator jurnalistlərə bildirib.

Geri qayıt