Əsas Səhifə > Dünya, Güney Press > Türk əsgərlərinin ölkədən getməsini istəyənlər haqqında sensasion məlumatlar yayıldı

Türk əsgərlərinin ölkədən getməsini istəyənlər haqqında sensasion məlumatlar yayıldı


22-10-2016, 10:13
Türk əsgərlərinin ölkədən getməsini istəyənlər haqqında sensasion məlumatlar yayıldı
Son dönəmlərdə Türkiyə əleyhinə şüarlar səsləndirən və çıxışlar edən İraq hökumət nümayəndələrinin kimə xidmət etdiyi məlum olub.
Avropa.info xəbər verir ki, mətbuatda yayılan xəbərlər onların bir çoxunun qərb ölkələrinin vətəndaşı olduğunu üzə çıxarıb.
Xarici ölkə vətəndaşlığı olan dövlət məmurlarının bəzilərinin adları belədir:
İraq prezidenti Fuad Məsum 2014-cü ilə qədər İngiltərə vətəndaşı indi. Hazırda isə onun Kanada vətəndaşı olduğu bildirilir.
Ölkənin baş naziri Heydər İbadinin 10 il Londonda Kraliçadan maaş aldığı və hələ də İngiltərə vətəndaşı olduğu bildirilir.
İraqın sabiq vitse-prezidenti və hazırda prezidentin müşaviri olan Ayad Əlləvi, ölkənin xarici işlər naziri İbrahim Cəfəri, sabiq neft naziri Adil Əbdülmehdi, ticarət naziri Milas Abdulkərim Kəsnəzani, sabiq maliyyə naziri, baş nazirin müavini və hazırda İbadinin müşaviri olan kürd əsilli Xoşyar Zəbari, baş nazir İbadinin bir digər müşaviri Bəhaa əl-Araji İngiltərə vətəndaşlarıdır.
Beləcə Türkiyə hərbçilərinin İraqdan çıxarılması üçün təlimatın haradan gəldiyi də məlum olur.

Geri qayıt