Əsas Səhifə > Dünya > Türkiyə terrorçu PKK-nın Suriyadakı qolunun həfədlərinə aviazərbələr endirib

Türkiyə terrorçu PKK-nın Suriyadakı qolunun həfədlərinə aviazərbələr endirib


20-10-2016, 09:12
Türkiyə terrorçu PKK-nın Suriyadakı qolunun həfədlərinə aviazərbələr endirib
Türkiyə Silahlı Qüvvələri "Fırat Kalkanı" ("Fərat qalxanı") antiterror əməliyyatı çərçivəsində Suriyada terrorçu "PYD" və "YPG"nin (terrorçu PKK qruplaşmasının Suriyadakı qolları) mövqelərinə aviazərbələr endirib.
"Report" "Haberturk"ə istinadən xəbər verir ki, Türkiyə ordusu ümumilikdə terrorçuların 18 hədəfini bombalayıb.
Onlardan 7-si hərəkətli olub. Vurulan hədəflər atrasında zirehli avtomobil, terrorçuların başçılarının fəaliyyət göstərdikləri qərargah və sığınacaq da var. İlkin informasiyaya görə, nəticədə təxminən 160-200 terrorçu məhv edilib.
Məlumata görə, aviazərbələr terror qruplaşmasının Suriyanın Maarrat Umm Hauş bölgəsindəki hədəflərinə endirilib.
Maarrat Umm Hauş Suriyanın şimalında yerləşən Hələb əyalətinin rayonlarından biridir.
Qeyd edək ki, "Fırat kalkanı" antiterror əməliyyatı ölkənin terrorçulardan təmizlənməsi məqsədi ilə Suriya Azadlıq Ordusuna dəstək verir.

Geri qayıt