Əsas Səhifə > Dünya > “Sənin üzündən Türkiyəni itiririk”
“Sənin üzündən Türkiyəni itiririk”20-10-2016, 08:26 |
ABŞ-da nəşr olunan “The American Interest” jurnalı, prezidenti Barak Obamanın əsassız hərəkətləri səbəbiylə Türkiyəni itirdiyini yazıb. Avropa.info xəbər verir ki, jurnal dərc etdiyi bir analiz yazısında ABŞ prezidenti Barak Obamanın əsassız siyasəti nəticəsində Rusiyanın Yaxın Şərq siyasətində mühüm rol oynamağa başladığını və Türkiyə ilə münasibətlərdə yalnız Vaşinqtonun deyil, eyni zamanda NATO-nun da problemi olduğunu bildirib. Obamanın Suriya siyasətinin Amerikanın maraqlarına zərər verdiyini yazan jurnal, Moskvanın bu qətiyyətsizlikdən maksimum istifadə etdiyi qeyd olunur. Yazıda həmçinin Rusiyanın NATO-ya ciddi bir zərbə vurduğu və Türkiyənin Qərbə xüsusilə də ABŞ-a yadlaşdığı bildirilib. “Suriyada çox ağır problem var və həll alternativləri azdır , Obamanın Suriya siyasəti ən pis və ən kədərli nümunələrdən biri kimi uzun illər ərzində dünya siyasətində müzakirə olunacaq.” Geri qayıt |