Əsas Səhifə > Dünya, Güney Press > Yaponiya Kuril adalarından ikisi üzərində Rusiyanın hüququnu tanımağa hazırdır

Yaponiya Kuril adalarından ikisi üzərində Rusiyanın hüququnu tanımağa hazırdır


19-10-2016, 08:01
Yaponiya Kuril adalarından ikisi üzərində Rusiyanın hüququnu tanımağa hazırdır
Yaponiya hökuməti mübahisəli dörd Cənubi Kuril adasından ikisi üzərində Rusiyanın hüququnu tanıya bilər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Kyodo” agentliyinə Yaponiya hökumətindəki mənbə bildirib.

Tokio sülh sazişinin əldə edilməsində irəliləyişə nail olmağa ümid edir və Vladimir Putinin Yaponiyaya dekabrda planlaşdırılan səfəri ərəfəsində “danışıqların aparılması strategiyasını dəyişir”.

Baş nazir Sindzo Abe hökumətinin yeni mövqeyinə əsasən, Tokio Kuril adalarından ərazi baxımından kiçik olan ikisi üzərində Moskvanın öz hüququnu saxlamasını təklif edə bilər.

Məlumata əsasən, Yaponiya hökuməti Rusiya ilə danışıqlarda Cənubi Kuril adaları üzərində öz suverenliyini iddia etməməyə hazırdır, çünki bu cür mövqe danışıqları dalana dirəyə bilər.

Tokionun rəsmi mövqeyi indiyədək Kunaşir, Şikotan, İturup və Xabomai adalarının əzəli Yaponiya torpaqları olması iddiasından ibarət idi.

Kyodo” agentliyi həmçinin qeyd edir ki, Tokio “adaların qaytarılması” ifadəsindən imtina edərək, onu daha yumşaq olan “adaların verilməsi” termini ilə əvəzləməyə hazırdır.

Geri qayıt