Əsas Səhifə > Dünya, Güney Press > "“Bağdad hökuməti Türkiyə hökumətinə təşəkkür etməlidir"
"“Bağdad hökuməti Türkiyə hökumətinə təşəkkür etməlidir"17-10-2016, 09:22 |
İraqın Ninova vilayətindəki tayfa liderləri Türkiyəyə dəstək veriblər. Axar.az xəbər verir ki, tayfa liderləri Bağdad hökumətinin Türkiyəyə qarşı mövqeyinin axmaqca olduğunu bildiriblər. Tayfa liderləri "Ninova qurtuluşa hə, iflasa yox deyir" adı altında keçirdikləri toplantıdan sonra bəyanat veriblər. Türkiyənin terrorizmlə mübarizəsini və şəhərlərin azad olunmasına verdiyi dəstəyi məmnuniyyətlə qarşıladıqlarını bildirən tayfa liderləri Mosulun azad edilməsi üçün aparılacaq əməliyyatda Haşdi Şabi milislərinin iştirakına qarşı çıxıblar. Həmçinin, bəyanatın sonunda Heydər Abadi hökumətinin Türkiyəyə qarşı qərarlarına qarşı çıxdıqlarını bildiriblər: “Bağdad hökuməti Türkiyə hökumətinə təşəkkür etməlidir. Əvəzində isə həmişəki kimi axmaqca davrandılar”. Qeyd edək ki, İraq lideri Heydər Abadi Türkiyə hərbi qüvvələrinin Başikadan çıxarılmasını tələb edir və türk əsgərlərinin Mosul hücumundan iştirakına qarşı çıxır. Geri qayıt |