Əsas Səhifə > Dünya > ABŞ-da əksər seçki məntəqələrində seçkilər saxtalaşdırılır
ABŞ-da əksər seçki məntəqələrində seçkilər saxtalaşdırılır17-10-2016, 08:25 |
Respublikaçılar partiyasından ABŞ-da prezident seçkilərinə namizəd Donald Tramp bəyan edib ki, ABŞ-da əksər seçki məntəqələrində seçkilər saxtalaşdırılır. “Report” xəbər verir ki, bu barədə milliarder-namizəd öz şəxsi Twitter. “Seçkilər dürüst olmayan və ədalətsiz KİV-lər tərəfindən pozulur, onları da Hillari Klinton dəstəkləyir. Eyni hal seçki məntəqələrində də baş verir. Bu üzücüdür”, - Trampın bəyanatında bildirilir. Qeyd edək ki, daha əvvəl Tramp bəyan etmişdi ki, Amerika KİV-ləri prezident seçkiləri yaxınlaşdıqca onu seçicilərin gözündən salmaq üçün hər bir addımı atırlar. Geri qayıt |