Əsas Səhifə > Dünya > UNESCO-nin �?antiyəhudi qərarı’ İsraili qəzəbləndirib

UNESCO-nin �?antiyəhudi qərarı’ İsraili qəzəbləndirib


14-10-2016, 09:05
UNESCO-nin ?antiyəhudi qərarı’ İsraili qəzəbləndirib
UNESCO Yerusəlimdə yəhudilərlə müsəlmanlar arasında mübahisəli Məbəd dağı tarixi abidəsinin yalnız müsəlmanlara aid irs olduğu barədə qərar çıxarıb.

İsrail mətbuatı yazır ki, yəhudi rəsmi və fəalların intensiv lobbiçilik fəaliyyəti nəticəsində heç bir Avropa ölkəsi sözü gedən qərarı dəstəkləməyib.

UNESCO-nun qərarında Məbəd dağının və Qərb divarının İudaizmlə bağlılığından söhbət belə getmir.

Xəbərlərdə bildirilir ki, 24 ölkə qətnamənin leyhinə və yalnız 6 ölkə əleyhinə səs verib.

Qətnamənin əleyhinə səs verən ölkələrin ABŞ, Britaniya, Almaniya, Hollandiya, Litva və Estoniya olduğu bildirlir.

İsrail mətbuatı yazır ki, ölkə diplomatlarının səyləri nəticəsində Fransa, İsveç, Sloveniya, Argentina, Toqo və Hindistan səsvermədə iştirak etməyiblər.

İsraili Yerusəlim və müqəddəs ocaqlar məsələsində bir neçə yerdə kəskin tənqid edən qətnamə fələstinlilərlə yanaşı Misir, Əlcəzair, Mərakeş, Livan, Oman, Qətər və Sudan tərəfindən irəli sürülmüşdü.

Qətnamədə deyilir ki, Yerusəlim üç dinin – İudaizm, Xristianlıq və İslamın nümayəndələri üçün müqəddəs yerdir.

Lakin qətnamənin Məbəd dağına aid hissəsində vurğulanır ki, bu müqəddəs ocaq yalnız müsəlmanlara aiddir. Qətnamədə Məbəd dağının ivrit dilindəki adı – Har Habayit çəkilmir, əvəzində müsəlmanların əl-Əqsa məscidinin və Həram əş-Şərifin adları qeyd olunur.

İsrailin baş naziri Benjamin Netanyahu qərarı �?absurd teatrı’ adlandırıb və deyib ki, �?Məbəd dağının yəhidlərə dəxli yoxdur demək, Böyük Çin səddinin çinlilərə dəxli yoxdur deməyə bərabərdir’.

Geri qayıt