Əsas Səhifə > Dünya > İraq hökuməti PKK-ya maaş ödəyir

İraq hökuməti PKK-ya maaş ödəyir


11-10-2016, 10:05
İraq hökuməti PKK-ya maaş ödəyir
Bu günlərdə İraq hökumətinin hələ də PKK terror təşkilatının üzvlərinə maaş ödəməyə davam etdiyi iddiası ortaya atılıb.

Avropa.info xəbər verir ki, İraqın Müdafiə Nazirliyindən olan bir mənbə hökumətin PKK terrorçularına hərbi təlim qarşılığında maaş ödədiyini deyib.

“əl-Quds əl-Ərəbinin” İraqın Müdafiə Nazirliyindəki bir mənbəyə istinadən yaydığı xəbərə görə PKK silahlıları Sincar dağında yezidilərin də aralarında olduğu YBS qruplaşmasının üzvlərinə hərbi təlim keçir.

İraq hökuməti də YBS qruplaşmasının üzvlərinə verilən hərbi təlim qarşılığında PKK terrorçularına maaş ödəyir.

Məlumatda bildirilir ki, İraq hökuməti Sincar dağında olan 2500-ə yaxın yezidi gəncə hərbi təlim verən 130 PKK terrorçusuna iki ildən bəri mütəmadi olaraq aylıq maaş verir.

İraq hökuməti, yerli hərbi qüvvələrə dəstək və təlim vermə görünüşü altında maliyyə və hərbi dəstək verdiyi PKK-nın Sincarda saxlamağa və təşkilatın oradakı varlığını qanuni hala gətirməyə çalışır.

Geri qayıt