Əsas Səhifə > Dünya > `Deputatın maşının partladılması təxribatdır`
`Deputatın maşının partladılması təxribatdır`5-10-2016, 09:09 |
Müxalif "Vahid milli hərəkat"ın deputatı Givi Tarqamadzenin Tbilisidə avtomobilinin partladılması Gürcüstanın düşmənləri tərəfindən planlaşdırılan təxribatdır və oktyabrın 8-i keçiriləcək parlament seçkiləri ərəfəsində ölkədə sabitliyi pozmağa hesablanıb. AzVision.az “Gürcü KİV”-nə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Georgi Kvirikaşvili bildirib. “Artıq araşdırmalar başlayıb və günahkarların saxlanılması üzrə lazımı işlər görülür. Bu ağır cinayət yalnız ölkəmizdə azad və sakit seçki mühiti ilə barışa bilməyən gücün marağında ola bilər”, - deyə Kvirikaşvili vurğulayıb. Qeyd edək ki, ötən gün Gürcüstanın paytaxtı Tiflisdə sabiq prezident Mixail Saakaşvilinin partiyasının - "Vahid milli hərəkat"ın liderlərindən biri olan Givi Tarqamadzenin avtomobili partladılıb. Hadisə nəticəsində sürücü və yoldan keçən iki nəfər zərər çəkiblər. Onların vəziyyətin ağır olduğu bildirilir. Partlayış nəticəsində avtomobilin arxa hissəsinə əhəmiyyətli dərəcədə zərər dəyib. Hadisə yerinə patrul və kriminal polisin əməkdaşları göndərilib. Geri qayıt |