Əsas Səhifə > Dünya, Güney Press > "ABŞ əməkdaşlığın yerinə şeytanla müqavilə bağlamağı seçdi"

"ABŞ əməkdaşlığın yerinə şeytanla müqavilə bağlamağı seçdi"


4-10-2016, 12:55
"ABŞ əməkdaşlığın yerinə şeytanla müqavilə bağlamağı seçdi"
Rusiya XİN-i Suriya ilə bağlı məsələlərdə ABŞ-ın danışıqları dayandırması qərarına sərt reaksiya verib və bildirib ki, «ABŞ şeytanla müqavilə bağlamağa hazırdır». FaktXəbər-in verdiyi məlumata görə, bu barədə qurumun yaydığı bəyanatda deyilir.

XİN vurğulayıb ki, Vaşinqton, atəşkəsdə iştirakını formal olaraq təsdiqləyən və əslində «Cəbhət ən-Nusra» terror təşkilatı ilə əlbir olan müxalif qruplaşmaları himayə edir.

Qurum həmçinin vurğulayıb ki, ABŞ heç bir zaman qruplaşma üzvlərinə real təzyiq göstərməyib: «Getdikcə bu fikir özünü doğruldur ki, Dəməşqdə hakimiyyətin dəyişməsi üçün Vaşinqton şeytanla belə müqavilə bağlamağa – tarixi geri döndərməyə çalışan və özünün insanlıqdan kənar normalarını həyata keçirən terrorçularla ittifaq etməyə hazırdır».

Xatırladaq ki, ABŞ Rusiyanı Suriya üzrə vəzifələrini yeinə yetirməməkdə ittiham edərək, bu ölkə üzrə əməkdaşlığını dayandırdığını elan etmişdi. Düzdü, Dövlət Departamentinin nümayəndəsi Con Kirbi bu qərarın asan verilmədiyini ağzından qaçırmışdı, ancaq fakt, fakt olaraq qalır, hərbi kanaldan başqa iki ölkə arasında olan diplomatik və digər kanallar bağlanacaq. Hərbi əlaqələr isə Suriya səmasında Rusiya-ABŞ münaqişəsindən qaçmaq üçün saxlanılıb.

Suriyada Rusiya-Amerika əlaqələrinin dayandırılması, başqa nəticələrdən əlavə, ölkədəki atəşkəs rejimi istənilən an pozula biləcəyi ilə də nəticələnə bilər.

Geri qayıt