Əsas Səhifə > Dünya > Putin Nazarbayevin görüşünə getdi

Putin Nazarbayevin görüşünə getdi


4-10-2016, 09:42
Putin Nazarbayevin görüşünə getdi
Rusiya prezidenti Vladimir Putin Qazaxıstan lideri Nursultan Nazarbayevlə görüşmək üçün Astanaya gedib.

AzVision.az “Rİa Novosti”yə istinadən xəbər verir ki, liderlər Avrasiya İqtisadi Birliyində qarşılıqlı əlaqələri müzakirə edəcək.

Bundan əlavə tərəflər həm regional, həm də beynəlxalq gündəmdə olan məsələlər barədə fikir mübadiləsi aparacaq.

Görüşün sonunda Putin və Nazarbayev hər iki ölkənin sahibkarlarının iştirak edəcəyi Rusiya-Qazaxıstan biznes forumunda çıxış edəcək.

Geri qayıt