Əsas Səhifə > Dünya, Güney Press > Gülənçilərin "ByLock" proqramı haqda yeni məlumatlar

Gülənçilərin "ByLock" proqramı haqda yeni məlumatlar


1-10-2016, 11:24
Gülənçilərin "ByLock" proqramı haqda yeni məlumatlar
Gülən camaatının gizlin yazışmalar üçün istifadə etdiyi “ByLock” mobil tətbiqetməsinin ABŞ-da hazırlandığı və Türkiyədə yazıldığı müəyyən edilib.

Avropa.info xəbər verir ki, Gülən camaatı üzvlərinin istifadəsində olan mesajlaşma sistemi “ByLock” proqramını yazan doktor Ehsan T. saxlanılıb.

Keçən həftə saxlanılan Elm və Texnologiyalar Mərkəzinin (TÜBİTAK) sabiq baş mütəxəssisi doktor Ehsan T-nin Estoniyada Tallin universitetində gizli yazışmalar mövzusunda təhsil aldığı, TÜBİTAK-da kompüter proqramları və gizli yazışmalar sistemi üzərində çalışdığı məlum olub.

Əldə olunan məlumata görə Ehsan T. izini itirmək üçün il yarım bundan əvvəl TÜBİTAK-dan tutduğu vəzifəsindən istefa verib.

Aparılan istintaq zamanı “ByLock” proqramının kodlarının ABŞ-da hazırlanıb, Türkiyədə yazıldığı müəyyən edilib.

TÜBİTAK-da kodlaşdırma mütəxəssisi olaraq çalışan Ehsan T. ilə iki iş yoldaşının təkmilləşdirdiyi “ByLock” proqramının, Litvada bir server üzərində qeydiyyatdan keçdiyi məlum olub.

Geri qayıt