Əsas Səhifə > Dünya > Trampla Klinton ilk debata çıxır

Trampla Klinton ilk debata çıxır


23-09-2016, 08:30
Trampla Klinton ilk debata çıxır
İndiyədək mübahisəni qiyabi aparan Donald Trump və Hillary Clinton bazar ertəsi, sentyabrın 26-da ilk dəfə debata çıxacaq. Bu, respublikaçı namizəd Trumpla demokrat namizəd Clinton arasında keçiriləcək debatlardan birincisi olacaq.3 belə debatın olacağı gözlənilir. İlk debat Nyu York ştatındakı Hofstra universitetində keçirilməlidir.

ABŞ-da namizədlər arasında televiziya ilə yayılan ilk debat 1960-cı ildə keçirilib. Nixonla Kennedy-nin debatının 70 milyon adam izləyib.

Reuters debatın əhəmiyyəti haqda yazır ki, o vaxt Nixon xəstəxanaya səfərdən gəlirdi, yorğun idi və make up-dan, qrimdən imtina etdi. Televiziyada o yorğun görünürdü, Kennedi isə gümrah və xarizmatik idi. “Televiziya tamaşaçıları olan seçicilər gördüklərinə inandılar, eşitdiklərinə yox”.

Geri qayıt