Əsas Səhifə > Dünya > Facebook-un yaradıcısından xoşməramlı addım
Facebook-un yaradıcısından xoşməramlı addım22-09-2016, 08:25 |
Facebook-un yaradıcısı Mark Zuckerberg və xanımı Priscilla Chan gələn onillikdə tibbi araşdırmalara 3 milyard dollar verdiklərini elan ediblər. Onlar San Fransiskoda keçirilən mətbuat konfransında deyiblər ki, məqsədləri bu əsrin sonunadək bütün xəstəliklərin “sağaldılması, profilaktikası və müalicəsidir”. Vəsaitlərin bölüşdürülməsi ilə 2015-ci ilin dekabrında yaradılmış Chan Zuckerberg Təşəbbüsü Fondu məşğul olacaq. Qərb mətbuatı yazır ki, texnologiya liderləri diqqətlərini getdikcə daha çox sağlamlıq problemlərinə yönəldirlər. Bu həftənin əvvəlində Microsoft xərçəng problemini süni zəka alətlərindən istifadə etməklə “həll edəcəyini” vəd edib. Britaniya dövlət səhiyyə sistemi ilə əməkdaşlıq edən Google şirkətinin DeepMind departamenti xəstəliklərin son dərəcə dəqiq diaqnostikası istiqamətində işlədiyini bildirib. IBM və MIT isə elan ediblər ki, ahıl və əlil pasientlərə qulluq üçün süni zəkaya əsaslanan sistem yaradacaqlar. Lakin bunların arasında ən iddialı bəyanatı Chan Zuckerberg fondu verib. Cənab Zuckerberg deyib ki, hazırda xəstəliklərin müalicəsinə onların qarşısının alınmasından 50 dəfə çox pul xərclənir. Onun fikrincə əsas diqqət xəstəliyin heç başlamamasına yönəldilməlidir. O özünün investisiya sahəsində üç prinsipini elan edib: alimləri və mühəndisləri bir araya gətirmək, tədqiqatları inkişaf etdirmək üçün texnologiya və alətlər yaratmaq, bütün dünya boyunca elmin maliyyələşdirilıməsi üçün hərəkata başlamaq. Cənab Zuckerberg-in proqnozuna görə 2100-cü ilədək orta ömür uzunluğu gözləntisi 100 ildən çox olacaq. Geri qayıt |