Əsas Səhifə > Dünya > İlham Əliyevin ardınca Ərdoğan da Aİ-nı sərt tənqid etdi
İlham Əliyevin ardınca Ərdoğan da Aİ-nı sərt tənqid etdi21-09-2016, 08:56 |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı Avropa İttifaqını Ankara ilə miqrantlara dair əldə olunan sazişə əməl etməməkdə ittiham edib. “Qafqazinfo” xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, Ərdoğan ölkəsinin qaçqınlara göstərdiyi yardımı bundan sonra da davam etdirəcəyini vurğulayıb. O deyib: “Suriyada altı ildir müharibə davam edir, biz milyonlarla qaçqına sığınacaq vermişik, qapılarımızı bağlamırıq. Biz qaçqınların yerləşdirilməsinə 12,5 milyard dollar xərcləmişik, qeyri-hökumət fondlardan isə 25 milyard dollar ayrılıb. Dünya ictimaiyyətindən cəmi 525 milyon, Aİ-dən isə 178 milyon dollar ayrılıb. Təəssüflər olsun ki, Aİ vədinə əməl etmədi. Biz, Avropa İttifaqının üzərinə götürdüyü öhdəlikləri icra etməsini gözləyirik”. “Qonşumuz və qardaşımız suriyalıların yaşadığı müsibətə səssiz qala bilməzdik və qalmayacağıq. Ölkəmizə sığınan 2 milyon 700 min suriyalı və 300 min iraqlı olmaqla, 3 milyon qaçqına heç bir etnik, məzhəb və ya dini ayrı-seçkilik göstərmədik. Türkiyə Suriyadan və digər ölkələrdən gələn qaçqınları qəbul etməkdə davam edəcək”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb. Türkiyə Prezidenti diqqətə çatdırıb ki, Suriyada 6 ilə yaxındır davam edən vətəndaş müharibəsində bu günə qədər 600 min adam öldürülüb. Yaşadığı yerləri tərk edənlərin sayı isə 12 milyonu ötür. Ölkəni tərk etmək məcburiyyətində qalanların sayı 5 milyona çatır. Türkiyədə 835 minə yaxın məktəb yaşında suriyalı uşaq var və onların 310 mininin dövlət və qeyri-hökumət təşkilatlarının köməkliyi ilə təhsil alması təmin edilib. Xatırladaq ki, ötən gün Azərbaycan prezidenti İlham Əliyev də Avropa İttifaqını sərt tənqid etmişdi. Geri qayıt |